26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

57-ci legioner, 3-cü ispaniyalı

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib. İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub.

“Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib. Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30