26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Visente Qomes “məqsədimiz avrokuboklardı” deyir

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, mətbuat konfransında bunları söyləyib:

- Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı idi və irəli çıxmaq çətin idi. Müdafiədə düzgün işlədik. İkinci hissədə külək bizim xeyrimizə idi, daha çox topla rəftar edirdik. Sadəcə yekun nöqtəni qoymaqda bir qədər dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı belə olduqda cəzalanırsan.

- Bu mövsüm komandanızdan hansı futbolu gözləyək: hücum futbolu, müdafiə oyunu, yoxsa bunların qarışığı?

- Bu oyunda bəzi detallar göründü. İrəlidə pressinq edib, topu əldə edən komanda olmaq istəyirik. Qısa-uzun ötürmələrlə rəqibin boşluqlarından istifadə etməyi planlaşdırırıq. İstəyirik ki, komandamız intensiv oynasın: tək fiziki yox, mental cəhətdən də. Cəld qərarlar qəbul etməyi bacarmalıyıq. Sona kimi döyüşən, heç zaman təslim olmayan komanda formalaşdırmaq istəyirik. “Qarabağ” kimi komandaya qarşı top saxlamaq çətin oldu. Belə şəraitə də uyğunlaşmaq lazımdır. Bu gün topa daha çox nəzarət etmək istəyirdik, ancaq rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdır. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, yaxşı müdafiə olunduq.

- Azərbaycan çempionatına baxarkən hansı məqamlar diqqətinizi daha çox çəkir?

- Bura gəlməmişdən kifayət qədər məlumatım yox idi. Bir neçə oyuna baxdıqdan sonra görürəm ki, matçlar əsasən bərabər şəkildə keçir. “Qarabağ” və “Neftçi” bir qədər üstün görünür, digər komandalar isə bir-biri ilə “döyüşür”.

- Əlinizdəki heyət istədiyiniz intensiv futbolu oynatmaq üçün yetərlidirmi?

- Bura gələndən müəyyən ideyalarım və əlimdə müəyyən bir material var. Bunların cəmindən bir üslub yaratmaq istəyirik. Əlimizdəki oyunçulardan fəlsəfəmizə uyğun istifadə etmək və bunu inkişaf etdirmək istəyirik. Hazırda bu proses gedir. İnanıram ki, qısa zamanda bunu tətbiq edə biləcəyik.

- Komanda məğlub durumda olsa da, hücumçunu hücumçu ilə əvəzlədiniz. İki forvardla oynamağa risk etmədiniz?

- Oyun quruluşumuza inanıram. Başlanğıcda 4-3-3 sistemi ilə oynayırdıq. Ancaq bəzən müdafiə olunarkən bu, 4-4-2 sxeminə çevrilirdi. Hücumda da belə məqamlar olurdu. İki hücumçu ilə oynamağa üstünlük vermədik. Eyni tip hücumçuların meydanda olmasını istəmədik. 3-cü dəyişikliyimiz də hücumda aktivliyə hesablanmışdı. Mənim üçün önəmli olan nə ediriksə, bunu keyfiyyətli olmasıdır. Meydana 6 müdafiəçi buraxsaq, bu o demək deyil ki, biz daha yaxşı müdafiə olunacağıq. Eyni şeyi hücum haqda da demək olar. Ola bilər ki, düz fikirləşmirəm.

- Kapitanınız Ruslan Abışov zədələnib. Onun durumu necədir?

- Onun bel əzələsində problem var. Ona görə də bu gün meydana çıxa bilmədi. Davamlı məşqlərdən sonra sıralarımıza qoşulacağına inanıram.

- Sizin çempionatda şəxsi hədəfləriniz nədir? Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?

- Klub olaraq məqsədimiz avrokuboklara getməkdir. Hansı pilləni tutacağımız yalnız bizdən asılı deyil, digə iddialı komandalar da var. Əlimizdə olan materialdan maksimum yararlı istifadə etməyə çalışacağıq. Öz oyun üslubumuzu yaratdıqdan sonra lazım olan pillələri tuta biləcəyimizə inanıram. Mən bizdən asılı olan şeylərə konsentrasiya olmaq istəyirəm (futbolpress.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30