26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Maksim Medvedevdən böyük üstünlük

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb.

Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.

1. Maksim Medvedev - “Qarabağ” - 285

2. Aslan Kərimov - “Qarabağ” - 268

3. Rahid Əmirquliyev - “Xəzər Lənkəran” - 254

4. Sakit Alıyev - “Turan” - 248

5. Müşfiq Hüseynov - “Qarabağ” - 244

6. Nizami Sadıqov - “Turan” - 237

7. Səttar Əliyev - “Qarabağ” - 230

8. Yaşar Hüseynov - “Qarabağ” - 226

9. Ansi Aqolli - “Qarabağ” - 223

10. Müşfiq Vəliyev - “Viləş” - 221




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30