26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Sileks"in baş məşqçisi: “Qarabağ” barədə düşünməyi qadağan etmişəm"

"Nə "Qarabağ"?.. Hazırda bütün diqqətimizi cümə günü "Polister"lə keçiriləcək oyuna yönəltmişik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi - "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

O, yerli mətbuata açıqlamasında hazırda yalnız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib: “Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.

Qeyd edək ki, “Qarabağ” - “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30