26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Millimizin baş məşqçisi: “20-30 yaşda hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq”

“Albaniya mənim üçün ölkə xaricində ilk təcrübələrdən biri idi. Özü də elə ölkə idi ki, Avropa çempionatına getmək ağıllarından da keçmirdi. Amma həyatda belə şeylərə inanmaq, ümidlə yaşamaq lazımdı. İnanmasan, heç nə bacarmayacaqsan. İlk növbədə qalib psixologiyası formalaşdırmalıyıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün var gücümüzlə çalışmalıyıq. Əvvəlcə daxilimizdəki o gücü tapmalı və sonra meydana daşımalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri CBC Spor kanalında yayımlanan “Təkbətək” proqramında milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis söyləyib ki, onun üçün yaxşı nəticə gözəl oyundan daha vacibdir:

“Albaniyada millisində işləyəndə məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiə futbolu oynadıram. Amma biz qapımızda gördüyümüzdən daha çox qol vururduq. Bu vcacib idi. Məğlubiyyətdən çox, qələbə qazanırdıq. Bu daha da vacib idi. Amma ən əsas məsələ o idi ki, biz qarşımıza qoyduğumuz məqsədə çatdıq.

Gözəl oyundan çox nəticə qazanmaq haqda düşünən məqçiyəm. Hamıdan gözəl oynayıb. 0:1, 0:2 hesabı ilə uduzmnaq mənə maraqlı deyil. Gözəl futbolun əleyhinə deyiləm. Amma əsas olan qələbə qazanmağa kömək edən vasitələri aşkarlamaqdır”.

O bildirib ki, futbolçularının istəkli olması çox vacibdir:

“Mənim düşüncəmə görə, təcrübə ilə yanaşı. istək də olmalıdı. Bu, vacibdi. Kifayətlənmək olmaz. 20-30 yaşda hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30