26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Vurduğum qolu şəhidlərə və əsgərlərə həsr edirəm"

"Pandemiyadan sonra ilk qələbəmizi qazandıq. Bundan əvvəlki 3 matçda da yaxşı oynamışdıq. Sadəcə həmin görüşlərdə bəxtimiz gətirmirdi və fürsətlərdən istifadə edə bilmirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Gürcüstanın "Samtrediya" klubunun futbolçusu Nicat Qurbanov Premyer Liqanın XI turunda “Merani”ni 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

54-cü dəqiqədə penaltidən fərqlənən və komandasının qələbə qoluna imza atan 28 yaşlı yarımmüdafiəçi qarşılaşmada əllərindən gələni etdiklərini bildirib.

Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd etməsindən də danışıb: "Əsas qələbə qazanmaqdır və qol vurmaq ikinci plandadır. Fərqlənməyim mənə sevinc bəxş etdi. 3-4 gündür fikirləşirdim ki, qol vursam əsgər salamı ilə qeyd edəcəyəm. Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən sonra bu qərara gəldim. Futbolçu öz dəstəyini necə göstərə bilər? Mənim də əlimdən bu gəldi. Bunun ölkəmizdə bu qədər danışılacağını gözləmirdim, mənim üçün də gözlənilməz oldu. Amma əsas məsələ niyyət idi və bunu edə bildim".

Futbolçu vurduğu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini deyib: "Onlarda azacıq da olsa, ruh yüksəkliyi yarada bildimsə, bu, mənim üçün sevinc və şərəfdir" (“Report”). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30