26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” akademiyasından əla göstərici

2019/20 mövsümündə “Qəbələ”nin əsas komandasında futbol akademiyasının 11 yetirməsi meydana çıxıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onlardan ikisi üçün debüt arxada qalan mövsümdə reallaşıb. Bunlar İdris İnqilablı və Faiq Hacıyevdir. Onlar əsas komandada ilk matçlarını keçirib.

Bununla da “Qəbələ”nin akademiyasının klubun əsas komandasındakı təmsilçi sayı 22-yə çatıb.

Onlar arasında rekordçu Elvin Camalovdur. Yarımmüdafiəçinin hesabında 141 oyun var. Ötən mövsümdə də “qırmızı-qaralar”ın formasını geyinən Qismət Alıyev ikinci göstəriciyə malikdir. O, 80 dəfə əsas komandada şans qazanıb. Roman Hüseynovla Amin Seydiyevin hesabında 29 qarşılaşma var. Ülvi İsgəndərovla Tellur Mütəllimov akademiyanın əsas komandadakı ən yaxşı bombardirləridir. Onlar hərəyə 5 dəfə fərqlənib. Akademiyanın yetirmələri ümumilikdə 545 matçda 22 qol vurub.

Xatırladaq ki, akademiyanın bəzi yetirmələri “Qəbələ”nin əsas komandasında debüt etməsə də, digər klublarda oynamaq imkanı qazanıb.

1. Elvin Camalov - 141

2. Qismət Alıyev - 80 (1)

3-4. Roman Hüseynov - 39 (2)

Amin Seydiyev - 39 (1)

5. Tellur Mütəllimov - 30 (5)

6. Bəhlul Mustafazadə - 29 (1)

7. Sadiq Quliyev - 27

8. Rövlan Muradov - 23 (4)

9. Ülvi İsgəndərov - 22 (5)

10-11. Müşfiq Teymurov - 21 (1)

Yusif Nəbiyev - 21

12. Tarzin Cahangirov - 20

13. Murad Musayev - 18

14-15. Amil Yunanov - 7 (1)

Ehtiram Şahverdiyev - 7

16. Kamal Mirzəyev - 5

17-19. Hacıağa Hacılı - 4 (1)

İdris İnqilablı - 4

Faiq Hacıyev - 4

20. Fərid Nəbiyev - 2

21-22. Elnur Mustafazadэ - 1

Samir Qurbanov - 1

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30