26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Şamaxıda stadion inşasına başlandı

Futbol infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni layihənin icrasına start verib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA ilə Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb.

2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək (affa.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30