26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Roy Kin Azərbaycan millisində?

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub.

Futbolxeber.az saytının "The Sun"a istinadən verdiyi məlumata görə, bu, İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu olmuş Roy Kindir.

İrlandiyalı sabiq futbolçuya UEFA Millətlər Liqasında C Liqasında yer alan Azərbaycan yığmasına Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklifi ünvanlayıb. Kindən bu mərhələni keçməsi istənilib.

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Lakin o, doğru seçim etdiyinə əmin olmaq istəyir. Hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir. Çünki baş məşqçi axtarışları üçün müddət bitmək üzrədir.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir.

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30