26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"İlkləri bacarmaq çətin və vacibdi"

"Diqqətimizi komanda oyunununa, sonadək mübarizəyə yönəltmişdik. Rəqibi daim təzyiq altında saxlamağı bacardıq. Xüsusən də ikinci yarıda bu bizdə daha effektiv alındı. Son iki oyunda məğlub olmuşduq. "Xəzər Lənkəran" qalib gəlməliydik və bunu bacardıq. Düşünürəm ki, komandamız bu missiyanın öhdəsindən layiqincə gəldi". Bu sözləri Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ"-"Xəzər Lənkəran" (2:0) matçının ardından "qırmızı-qaralar"ın hollandiyalı yarımmüdafiəçisi Lorenzo Ebesilio söyləyib. Sözügedən qarşılaşmada Azərbaycan çempionatında ilk qoluna imza atan Ebesilio ilklərin cətin və vacib olduğunu deyib: "Meydançada hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. "Xəzər Lənkəran"la matçda qol hesabımı açdım. Bu mənim üçün sevindirici haldır. Hər zaman ilkləri bacarmaq çətin və vacib olur. Düşünürəm ki, qarşıdakı matçlarda hesabımdakı qolların sayını oyundan oyuna artıra biləcəyəm. Bu həm mənim, həm də komandam üçün çox vacibdir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30