26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ”dən ardıcıl 5-ci çempionluq

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan yarışlardan ikisində çempion elan olunan “Qəbələ” U-16 və U-15 liqalarında hegemonluğunu davam etdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 5-ci dəfə U-16 Liqanın qızıl medallarına “qırmızı-qaralar” yiyələnib.

Komanda 2015/16 mövsümündən başlayaraq hər dəfə 1-ci yeri tutur. Son illərin dəyişməz çempionu olan “Qəbələ” 2011/12 mövsümündən keçirilən U-16 Liqada daim ilk iki yerdən birində qərarlaşıb.

“Qırmızı-qaralar”ın aktivində 9 mövsümdən yeddisində (2012/13, 2013/14, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20) qızıl, ikisində (2011/12, 2014/15) gümüş medaldır.

U-15 Liqasında da “Qəbələ” təmsilçiləri mükafatçılar sırasına düşmək seriyasına malikdir. 2008/09 mövsümündən keçirilən yarışın ilk dörd yarışında uğur qazanmayan “Qəbələ” son 8 turnirdə mükafatsız qalmayıb. 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərinin çempionu olan “qırmızı-qaralar” 2019/20 mövsümündə qızıl medalların sayını 5-ə çatdırıb. 2014/15, 2017/18 və 2018/19 mövsümlərində isə yalnız çempiondan geri qalan “Qəbələ” futbolçuları ikinci yerə sahib çıxıb.

Bir sözlə, U-16 və U-15 liqalarında baş tutan 21 turnirdə “Qəbələ”nin komandaları 12 qızıl, 5 gümüş mükafata yiyələnib və yalnız 4 dəfə “üçlük”dən kənar qalıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30