26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millimizin həkimi: "Futbolçulardan koronavirus çıxsa, məlumatımız olacaq"

"Məndə olan məlumata görə, Premyer Liqanın bütün klubları öz komanda üzvlərinin korronavirus testindən keçirilmələri üçün müxtəlif klinikalarla danışıqlar aparır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin həkimi Vyaçeslav Xomenko deyib.

Ukraynalı mütəxəssis bildirib ki, klublarda müvafiq prosesə artıq start verilib: "Test komanda üzvləri - futbolçular və məşqçiləri əhatə edəcək. Lakin hər hansı klub digər əməkdaşlarının da yoxlanılmasını istəyərsə, bu, onların səlahiyyətinə aid olan məsələdir".

Xomenko komandaların virusa yoluxma faktı ilə üzləşməyəcəklərinə ümid etdiyini söyləyib: "Amma təbii ki, yoluxma halı olarsa, müvafiq klub və ya xəstəxana vasitəsilə bu məlumata malik olacağıq".

Həkimin sözlərinə görə, özü test prosesində birbaşa işirak etməyəcək: "AFFA olaraq klublara tövsiyə olunub ki, çempionatın bərpası ərəfəsində test keçirilsin. Amma assosiasiya hər hansı şəkildə prosesdə iştirak etmir. AFFA hakimlərin test olunması ilə bağlı təşkilati prosesə bilavasitə qatılacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, 2 gün sonra isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30