26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Bakı”nın keçmiş hücumçusu: “Azərbaycanda futboldan həzz almırdım”

2011-21-ci illərdə “Bakı”da oynamış Latviya millisinin sabiq hücumçusu Maris Verpakovskis Azərbaycandakı karyerası barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Ukrayna mətbuatına müsahibəsində deyib ki, 31 yaşında Azərbaycana getməzdən əvvəl Yunanıstanda “Erqotelis”də çıxış edib:

“Mövsümün yekununa əsasən, mənim statistikam pis deyildi. Yunanıstanın bir neçə yüksək klubu qalmağı təklif etdi. Amma o vaxt bütün Avropada iqtisadi böhran başladığından təklif olunan şərtlər məqbul deyildi. Həmin vaxt yaşım 30-u keçmişdi. Ona görə də ailəmi dolandırmaq üçün daha yaxşı təklifləri düşünməli idim”.

Verpakovskis bildirib ki, həmin vaxt ona Azərbaycandan yunan klublarının təklif etdiyindən 4-5 dəfə yüksək maaşa dəvət gəlib:

“Ona görə də “Bakı”nın təklifini qəbul etdim. Komandanı Aleksandr Starkov çalışdırırdı. Orada bir il yarım keçirdim. Müqaviləni vicdanla yerinə yetirdim. Amma futboldan həzz almırdım. Müqaviləm başa çatdıqdan sonra məmnuniyyətlə Yunanıstana qayıtdım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30