26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azarkeş dəstəklədi, "Qəbələ" hazırlaşdı

Azərbaycan Premyer Liqasının V turunda doğma meydançada "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" günü bir məşqlə tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci yarısında baş tutan hazırlıq prosesində sadiq azarkeşləri "qırmızı-qaralar"ı yalnız qoymayıb. Məşq boyunca komandaya dəstək verən "Qəbələ" "fan"ları heyət üzvlərini tək-tək səsləyərək onlara sevgilərini nümayiş etdiriblər.

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqdə yüngül zədəsi olan Omar Kalabane komandadan ayrı çalışıb. Bərpa prosesini tamamlamaqda olan Nuran Qurbanovun isə sabah əvəzedicilərin heyətində "Xəzər Lənkəran"a qarşı meydana çıxması gözlənilir.  


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30