26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" akademiyasının direktoru: "İşimiz meydançalarda bitmir"

“Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə 2013-2014 mövsümünə start verdi. 9 yaş qrupu üzrə komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara hazırlaşırlar. “Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəldi. Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların komplektləşdiyini söylədi: "Mövsümə əla start verdik. Hər şey planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir. Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu bizim əsas hədəflərimizdəndir”.

Brard hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirdi. Akademiya direktoru yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini dedi: “Məşqlərimizi səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır. Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.

Brard işlərinin  meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif səpkili toplantıların keçirildiyini bildirdi: “İşimiz təkcə meydançalarda məşqlər keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan düzgün istifadə barədə söhbətlər aparırıq”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30