26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Səmədaga Şixlarovun əməliyyat xərclərini AFFA ödəyəcək”

“Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarov dünən əməliyyat olunub. Sosial şəbəkələrdə AFFA-nın veteran futbolçunun əməliyyat xərclərini üzərinə götürdüyü, lakin sonradan sözügedən maliyyə vəsaitini ödəməkdən imtina etməsi barədə xəbərlər yayılıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Futbolxeber.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

“Futbol veteranı Səmədağa Şıxlarov Respublika Diqnostika Mərkəzində aparılacaq cərrahiyyə əməliyyatının maliyyə xərcinin ödənilməsi ilə bağlı AFFA-ya müraciət edib və müraciətə uyğun olaraq, AFFA rəhbərliyi tərəfindən əməliyyat xərcinin ödənilməsi barədə göstəriş verilib. Müvafiq qaydada AFFA ilə Respublika Diaqnostika Mərkəzi arasında müqavilə imzalanıb. Lakin məlumat almışıq ki, fevralın 24-də Səmədağa Şıxlarov qeyd olunan tibb ocağında əməliyyat olunub. AFFA Respublika Diaqnostika Mərkəzi ilə əlaqə saxlayıb və mövcud müqaviləyə uyğun olaraq, müvafiq məbləğ RDM-ə ödəniləcək. Əgər daha öncə məbləğ ödənilibsə, Səmədağa Şıxlarova geri qaytarılacaq. Bununla bağlı RDM-dən AFFA-nın müvafiq strukturuna təsdiq cavabı verilib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30