26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Şeydayev: "Yaxşı təklif olsa, başqa qitəyə də gedə bilərəm"

"Yenidən Azərbaycana qayıtdığım üçün xüsusi bir hiss keçirmirəm. Hələlik yavaş-yavaş formamı bərpa etməyə çalışıram. Görək, necə olur. Bəlkə də əvvəlki vəziyyətimə qayıtmaq üçün daha 3-4 oyun lazım olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Report"a açıqlamasında "Sabah" klubunun yeni transferi Ramil Şeydayev Azərbaycan Premyer Liqasının XVIII turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra yenidən Bakıya qayıdışı haqda danışarkən deyib.

Qış fasiləsində Rusiyanın "Dinamo" (Moskva) kluundan ayrıldıqdan sonra bəzi təkliflər aldığını bildirən 24 yaşlı futbolçu "Sabah"ı seçməsinin səbəbini belə izah edib: "Əsas istəyim daha çox oynayıb praktika yığmaq və formamı bərpa etməkdir. Məhz bu səbəbdən, daim meydana çıxa biləcəyim komandaya keçdim".

"Səbail"lə görüşün 88-ci dəqiqəsində meydana daxil olan Azərbaycan millisinin hücumçusu yeni komandasındakı debütünə toxunub: "Bu, "Sabah"da ilk oyunum idi. Ona görə də nəsə demək çətindir. "Sabah"a kömək edə biləcəyimi düşünürəm. Məni komandaya elə-belə götürməyiblər. Həm formamı bərpa etmək, həm də komandaya köməyimi göstərmək üçün əlimdən gələni edəcəyəm".

Şeydayev gələcək planlarından da söz açıb: "Mövsümün sonuna hələ var. İndiki məqamda nə edəcəyimi deyə bilmərəm. Yaxşı təklif olsa, gedəcəyəm. Bu, Avropa da ola bilər, başqa qitə də".

Qeyd edək ki, Ramil Şeydayevin "Sabah"la müqaviləsi bu mövsümün sonuna qədərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30