26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Moskvada Ramili başqa uğursuzluq gözləyirdi"

Rusiyanın sportbox.ru saytı 2020-ci ilin fevralında hələ də klubsuz olan məşhur futbolçuların siyahısını dərc edib.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda millimizin üzvü Ramil Şeydayev də yer alıb. Ruslar ötən ay Moskva "Dinamo"sundan ayrılan 23 yaşlı hücumçu ilə bağlı bunları yazıb:

"Zenit"in yetirməsinin karyasının daha parlaq inkişafı üçün bütün imkanları var idi. Avro-2013-ün qalibi, Avro-2015-in finalçısı 17 və 19 yaşlılardan ibarət komandalarda erkən debüt etdi. Ramil medianın və xarici klubların diqqətini çəkdi. Rusiyada möhkəmlənməyi bacarmayıb "Trabzonspor", "Jilina", "Qarabağ"da oynadı və 2018/19 mövsümündə Rusiya Premyer Liqasına qayıtdı. "Krılya Sovetova"da 4 qol vurdu. Əvvəlcə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəvətini qəbul etdi və yığma üçün qol vurmağa başladı. Göründüyü kimi, işlər ahəngində keçdi və "Dinamo" hücumçunu transfer etdi. Ancaq Moskvada onu başqa bir uğursuzluq gözləyirdi. Cari mövsümdə əvvəlcə oynadı, amma sonra ehtiyat oyunçular skamyasında oturdu. Yanvarın əvvəlində "Dinamo" Ramilə təzminat ödəmədən onunla müqaviləni birtərəfli ləğv etdi. Məsələ məhkəməyə qədər çatdı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30