26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Əliyev qələbəni şərh etdi: “Bizim üçün yaxşı təcrübə oldu”

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandasına qarşı keçirilmiş oyundan sonra affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, S.Əliyev məqsədlərinin mübariz komanda formalaşdırmaq olduğunu vurğulayıb:

“İlk oyunumuz idi. Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq. Bizim üçün yaxşı təcrübə oldu. Bu da gələcəkdə nələrə diqqət yetirməyimizə, hansı mövqeləri gücləndirməyimizə əsas verir.

Qarşıda iki oyunumuz var. Şimali Makedoniya millisi ilə oyunlarda da çalışacağıq ki, layiqli çıxış edək. Bizim üçün burada bütün şərait yaradılıb. Futbolçular da çox istəkli, əzmkardır. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Düzdür, bu toplanış üçün bir çox futbolçuya dəvət göndərə bilmədik. Amma kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var. Onları da növbəti təlim-məşq toplanışına dəvət edib, sınaqdan keçirəcəyik. Mart-aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq.

Oktyabr ayında Moldovada Avropa çempionatının seçmə oyunlarında ev sahibi komanda ilə yanaşı, Yunanıstan və Fransa ilə qarşılaşmalarımız var. Məqsədimiz nizam-intizamlı, mübariz bir komanda formalaşdırmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30