26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Kəpəz”in müdafiəçisi: “Bunun çempionatda bizə çox köməyi dəyəcək”

“Neçə gündür ki, ağır məşqlər keçirik. Gündə iki dəfə olmaqla səylə hazırlaşırıq. Həm fiziki, həm də taktiki məşqlər üzərində işləyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Novruz Məmmədov deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən elita təcrübəsinə malik müdafiəçi hazırlıq prosesini dəyərləndirərkən daha sonra bunları əlavə edib: “Gərgin məşqlərin fonunda necə hazırlaşdığımızı faizlə deyə bilmərəm. Hamı ürəklə verilən tapşırıqları yerinə yetirməyə çalışır. Toplanışın ilk mərhələsində əsasən, fiziki məşqlər üzərində çalışdıq. Bunun çempionatda bizə çox köməyi dəyəcək. Çox qaçmaq, mübarizə aparmaq üçün bu güc bizə lazım olacaq. Ona görə də maksimum səviyyədə çalışıb, fiziki gücümüzü qaydaya salmalıyıq”.

Məmmədov 1:1 hesablı bərabərliklə nəticələnən sonuncu yoxlama oyunu haqda da danışıb: “Turan Tovuz” çətin rəqibdir. Səhvlərimizi bilmək üçün yaxşı oyun oldu. Məncə, səhvlərimiz də var, düzlərimiz də. Çatışmayan şeylər üzərində işləyib, daha yaxşı nəticələr əldə etməyə çalışacağıq. Qarşıda yenə yoxlama oyunlarımız var. Məşqlərlə həmin görüşlərə hazırlaşacağıq”.

I Divizionda fasilə fevralın əvvəlində başa çatacaq. Fevralın 6-da XIV tur çərçivəsində “Kəpəz” Bakıda MOİK-in qonağı olacaq. 30 yaşlı oyunçu çempionatın II dövrəsi ilə bağlı gözləntilərini də dilə gətirib: “Məqsədimiz dəyişməyib. Bacardığımız qədər çox xal yığıb, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Düzdü, asan oyunlar olmayacaq. Amma biz istəyimizdən dönməyəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30