26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Roberto Bordin cəzalı duruma düşdü

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Səbail” - “Neftçi” görüşündə “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onlar cəzalandırılacaq.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimə olunub. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığı üçün 1 oyunluq cəzalanıb. Həmçinin qarşılaşmadan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimələnib.

“Keşlə” - “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” - “Zirə” oyununda isə “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

               

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30