26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Giqqz: “Azərbaycanla oyun asan olmayacaq”

"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə,  bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: “Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdır”.

Giqqz final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq millimizə qalib gəlməli olduqları qeyd edib: "Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq".

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını da xatırladıb: "O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30