26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar”

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq, qol şanslarımız oldu. Hər iki komanda imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundansonra söyləyib.

48 yaşlı mütəxəssis nəticəni ədalətli hesab edib : "Yaralı yerim ehtiyat skamyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimdir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar".

T.Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".

O, matçın 33-cü dəqiqəsində zədələnən Ruslan Qurbanovun zədəsinin süni örtükdən qaynaqlandığını və ciddi bir şey olmadığına ümid etdiyini söyləyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30