26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Monroz: “Azarkeşlərə demək istəyirəm ki, onlar bizə lazımdırlar”

"Neftçi"nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, Monroz əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

- Yaxşı oynadıq. Bu tərzdə davam edib, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq.

- Hesab açılana qədər futbolçular arasında gərginlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?

- Məncə, heç bir gərginlik yox idi. Biz sadəcə, topa nəzarət edirdik. Oyun bizim əlimizdə idi. Buna görə 2 qol vura bildik.

- Xüsusilə birinci hissədə baş məşqçiniz dəfələrlə Dario Federikoya qışqırırdı. Onu çağırıb, cinaha çəkmək istəyirdi. Darionun oyunu haqda nə deyə bilərsiniz?

- Mən ümumiyyətlə, başqa futbolçunun performansı barədə danışa bilmərəm. Baş məşqçinin Dario haqda fikrini bilmək istəyirsinizsə, onunla danışın. Məncə, Dario sona qədər vuruşurdu.  Bu gün özünü yaxşı göstərdi.

- Azarkeşlər 90 dəqiqə istefa şüarları səsləndirdilər. Bunun komanda daxilindəki atmosferə təsiri var?

- Bir qədər gərginlik var idi. Çünki bu günə qədər olan nəticələrimiz qənaətbəxş deyildi. Amma bizim baş məşqçimiz var. Meydanda onun verdiyi tapşırıqları yerinə yetiririk və bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə isə onu demək istəyirəm ki, onlar bizə lazımdırlar. Gəlib, 90 dəqiqə dəstək olsunlar. Biz vahid bir komandayıq, bu şəkildə də qalmalıyıq.

- Birinci dövrə bitir. Lider "Qarabağ"dan 8 xal geridəsiniz. Bu fərqi aradan qaldıra biləcəksinizmi?

- Təbii ki, 8 xal böyük fərqdir. Amma yenə də biz vuraşacağıq. Söz verə bilmərəm ki, "Qarabağ"ın çempionluğuna mane olacağıq. Amma buna çalışacağıq. Əlimizdən gələni edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30