26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elmar Baxşıyev: “Neftçi” layiqli qələbə qazandı”

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın VI turunda "Neftçi"yə evdə 0:3 hesabıyla uduzlqarı matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, gənc mütəxəssis ilk olaraq görüşlə bağlı fikirlərini açıqlayıb.

- Oyunun çətin keçəcəyini təxmin etmişdik. "Neftçi" heyətinə görə yaxşı, balanslaşmış komandadı. Sadəcə, ilk hissədə Rasim Ramaldovun zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi.

- Komandanın məğlubiyyətsiz seriyasının qırılmasına təkcə Rasimin zədələnməsi səbəb oldu, yoxsa rəqibin ustalıq səviyyəsi?

- Əsas səbəb kimi ustalıq səviyyəsini göstərərdim. Çünki hər bir komponentdə "Neftçi" əlbəttə, bizdən üstün görünür. Gənc komandayıq. hələ artırmağa yerimiz var. Futbolçularımıza inanırıq. Daha yaxşı oyun nümayiş etdirəcəyik. Biz də istəyərdik ki, doğma meydançada ilk qələbəylə azarkeşlərimizi sevindirək. Ancaq istədiyimizi ala bilmədik. Məncə, "Neftçi" layiqli qələbə qazandı. Onları təbrik edirəm.

- İlk hissədə daha çox müdafiədə oturdunuz, ancaq fasilədən sonra açıldınız və rəqib bundan istifadə etdi...

- Belə deməzdim. Komandanı hazırlayanda da fikrimiz yox idi ki, müdafiədə oturaq. Sadəcə, "Neftçi" ustalıq səviyyəsinə görə bizi müdafiədə oturmağa məcbur etdi.

- Rasimin vəziyyəti necədi?

- Həkimin dediyinə görə, MRT müayinəsindən sonra vəziyyəti dəqiq bilinəcək. Bu, 3 gün sonra olacaq.

- Zədəsi hansı nahiyədəndi?

- Bu, hələ dəqiq bilinmir. Dizi şişib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30