26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

UEFA “Qarabağ”ı cərimələyib

UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3.

UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib (“Report”).

 

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30