26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Onun aqressiv olmadığı anı görməmişəm”

"Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında deyib.

- Oyuna baxanda belə təəssürat yarandı ki, komanda ideal oynadı. “Sevilya”ya qarşı matç öncəsi hansı məqamlar sizi narahat etdi?

- Bəzi futbolçularımızın oyun ritmindən düşdüyünü qeyd etdim. Yorğunluq gəldikcə top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalıyıq ki, həmin anlarda səhvsiz oynayaq. Oyunçuların performansı daha yaxşı olacaq. O futbolçular top itirirdi ki, hansı ki, bunu etməməlidilər. Daha didqqətli və konsentrasiyalı olmalıdılar. “Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda, daha səliqəli oynamağa çalışmalıyıq.

- Beqoviçin performansından razı qaldınız?

- Bu matçda yaxşı idi. Amma son 4 ayda rəsmi oyunlara çıxmamışdı. Təcrübəsi sayəsində bunu aradan qaldıra bilər. Hər bir halda düşünürəm ki, belə matçlarda təcrübəsi bizə fayda verəcək.

 - Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin avrokubokda debüt etmək şansı nə qədərdir?

- Qarşıdakı oyunlar göstərəcək. İndi bir söz deyə bilmərəm. Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər. Burda özünü təcrübəli hiss etməli, stabil və soyuqqanlı olmalıdır. Ondan sonra daha yaxşı olar.

- Bu oyunun ən yaxşılarından Ailton nədənsə aqressiv idi...

- Onun aqressiv olmadığı anı görməmişəm. Oyundankənar başqa, meydandakı başqa. Bu, məni narahat edir. Onun xarakterində zəiflik var. Daha stabil oynamaq üçün futboldankənar aqressivliyi kənara atmalıdır. Bu olmasa, həm özünə həm bizə mane ola bilər.

- Sanki meydançanın durumunda problemlər var idi...

- Düzdür, bir qədər ağır idi. İndi belə dövrdür. Mütəxəssislərin deyidinə görə, torpağın yumşaq vaxtıdır. Bu futbolçulardan əlavə güc alır. Məni narahat etdi ki, zədəyə də gətirib çıxara bilər. Başqa variantımız yoxdur. Düşünürəm ki, “Sevilya” ilə matçda daha yaxşı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30