26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

1389 gün gözlədiyimiz qələbə!

Dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyanı 2:1 hesabı ilə məğlub etdi.

Futbolxeber.az saytının araşdırmasına görə, bu qələbə sayəsində U-21 yığmamız təxminən 3 il 9 aylıq qələbə həsrətinə son qoyub. Daha dəqiq desək, gənclər millimiz 1389 gündən sonra rəsmi oyunda qələbə sevinci yaşayıb.

U-21 sonuncu dəfə 2015-ci ilin 17 noyabrında seçmə mərhələ çərçivəsində “Bayıl Arena”da Rusiya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi. Yaşar Vahabzadənin başçılıq etdiyi U-21-ə qələbə gətirən qolları Kerem Behnke (2) və Elşən Abdullayev vurmuşdular. Həmin seçmə mərhələdəki növbəti 3 oyununu heç-heçə başa vuran millimiz (Rusiya - 2:2, Farer adaları - 1:1, Finlandiya - 0:0) Yaşar Vahabzadənin rəhbərliyi altında tsikli 9 xalla başa vuraraq, seçmə mərhələlərdəki rekordunu təkrarladı.

Növbəti seçmə mərhələdə U-21 yığmamız qələbə üzünə həsrət qaldı:

İsrail - Azərbaycan 3:1

Azərbaycan - İrlandiya 1:3

Almaniya - Azərbaycan 6:1  

Azərbaycan - Almaniya 0:7

Azərbaycan - Kosovo 0:0

Kosovo - Azərbaycan 2:0

İrlandiya - Azərbaycan 1:0

Azərbaycan - İsrail 1:1

Azərbaycan - Norveç 1:3

Norveç - Azərbaycan 1:1

Cari seçmə mərhələyə də millimiz uğursuz start vermişdi. Milan Obradoviçin U-21-in baş məşqçisi kimi debütu uğursuz alınmışdı. Yığmamız səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzsa da, toparlanaraq ikinci görüşdə Slovakiyanı məğlub etməyi bacardı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30