26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” hazırlığı paytaxtda davam etdirir

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının III turunun avqustun 31-də keçirilən “Keşlə” ilə ev oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən bir araya gəlib.

Paytaxtda toplaşan “qırmızı-qaralar” hazırlığa Bakı Olimpiya Stadionunda start verib. Futbolçular ilk gündə fiziki çalışmalarla kifayətləniblər.

Bu gün səhər məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirən “Qəbələ” axşam hazırlığını Bakı Olimpiya Stadionunda keçirib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra ediblər. Baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyevin rəhbərliyi altında keçən məşqdə milli komandaların heyətində olan futbolçular - Amin Seydiyev, İdris İnqilablı, Rövlan Muradov və Klesio Bauk iştirak etməyiblər.

Sabah keçiriləcək növbəti məşq də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Baxşıyevin yetirmələri sentyabrın 7-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq. Matç Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30