26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev: “Bu, Azərbaycan futbolunda stabilliyin göstəriciləridir”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, R.Abdullayev qeyd edib ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir:

“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm. Ardıcıl 6-cı dəfədir ki - bunlardan biri UEFA Çempionlar Liqası olmaqla - avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır. İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb.

Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq.

Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30