26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

İspaniya klubu Mahirin transferini tamamlamaq istəyir

İspaniya Sequnda təmsilçisi “Estremadura” klubu “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini transfer etmək üçün fəaliyyətini davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, danışıqlar davam edir və transfer məsələsi hələ də açıq qalır. İrəli xəttə lider futbolçu axtaran Almendralexo təmsilçisi Əmrəlinin transferini yekunlaşdırmaq istəyir.

Daha öncə Mahir açıqlamasında getməyə hazır olduğunu açıqlamışdı:

“Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz. Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!”

22 yaşlı futbolçu ilə “Malaqa” və “Almeriya”nın da maraqlandığı iddia edilirdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30