26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Vacib qələbə oldu”

“İlk oyunumuz göstərdi ki, çempionata hazır olmalıyıq.Qarşımızda çox sıx qrafik var. Bu bir ay bizim üçün ən ağır qrafik olacaq. Çünki həm çempionat, həm avrokubok matçları futbolçular üçün asan olmayacaq. Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir. Bu gün bütün diqqətimiz bu oyuna idi. Futbolçularım qalib gəlməyi bacardılar, onları təbrik edirəm. Baxmayaraq ki, psixoloji gərginlik var idi. Düşünürəm ki, vacib qələbə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının açılış turunda “Dalğa Arena”da “Keşlə”yə 1:0 hesabı qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

- “Linfild”lə oyuna 2 ciddi itki ilə çıxacaqsınız. Bu oyun həmin görüşdə boşluğu doldurmaq üçün nə material verdi?

- Əsas heyət üzvlərinin çoxunu meydana buraxmamışdım. APOEL-lə son görüşdə həddən artıq çox yorulmuşdular. Riçard və Rahili isə növbəti oyunu buraxacaqları üçün meydana buraxdım. Maksimi bu gün stopper kimi oynatdım, düşünürəm ki, pis alınmadı. Gənc oyunçumuz İsmayılın da ilk oyunu idi. Özünü əsas heyət oyunçusu kimi idarə edə bildi. Limitdə olan futbolçularımız var. İsmayılın qol vurması o demək deyil ki, daim o oynayacaq. Həm oyunçuların hazırlığına, həm də rəqibə baxacağıq.

- Mahir Emrelidən sonra bu gün Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudur?

- Onunla bağlı heç bir rəsmi məlumat yoxdur.

- Düşünmürsünüz ki, çempionatda gənclərlə bağlı limit dəyişdirilməlidir?

- Biz də başda olmaqla çox çətinliklər çəkirik. Fayda verən futbolçular da olur. Amma bu bir həqiqətdir ki, çətinlik çəkirik. Əgər limitdən istifadə edirsənsə, bir mövqeyə 2-3 güclü futbolçu tapmaq çətin olur. Çünki bunun zədələnməsi, vərəqə alması var. Bəzən birini əvəzləyərkən iki dəyişiklik etməli oluruq. Əlavə güc sərf edirik.

- “Linfild”i analiz etmək imkanınız olub?

- Təxmini baxmışam. Sabahdan daha ciddi təhlil edəcəyik.

- Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirərdiniz?

- Qol epizodları yaratdıqlarını siz də gördünüz. Ruslan Qurbanovu, Meza Kollini komandaya cəlb etmələri onların xeyrinədir. Həm təcrübəli, həm də nəticə verən oyunçuları var. Düşünürəm ki, pis transferlər etməyiblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30