26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

ƏN YENİ TARİX ÜÇÜN! - QEYD

Bu gün “Qəbələ” Avroliqada mübarizəyə qoşulur. 4 il öncəki kimi, rəqib yenə də Tbilisi “Dinamo”sudu. 2015-ci illə müqayisədə dəyişməyən sadəcə rəqibin adıdı. Əvəzində “Qəbələ” çox dəyişib.

Bu gün “Qəbələ”nin Tale Heydərov kimi imkanlı, səxavətli prezidenti yoxdu. Əvəzində uzun illərdi klubda çalışan, “Qəbələ”nin uğuru üçün əlindən gələni edən Fariz Nəcəfov var. Bu gün “Qəbələ”nin Odessadan Qəbələyə qədər ROMAN yazan Qriqorçuku yoxdu. Əvəzində ukraynalı mütəxəssis də daxil olmaqla bir neçə təcrübəli məşqçinin yanında püxtələşmiş Sənan Qurbanovu var. Bu gün “Qəbələ”nin Səbuhi Səfiyarlı kimi gözəgörünməz “təcili yardım”ı yoxdu. Əvəzində Zaur Əzizov, Səməd Nəsibov, Anar Hacıyev yenə də iş başındadı. Bu gün “Qəbələ”nin komandanı atıb gedən Cavid Hüseynovu, Elvin Camalovu (siyahını uzatmaq da olar) yoxdu. Əvəzində o forma üçün canını verməyə hazır olan gəncləri var. Bu gün “Qəbələ”nin Antonov, Zenyov, Qay, Bezotosnı kimi bahalı legionerləri yoxdu. Amma yenə də klub rəhbərliyi aşağı məbləğlə də olsa heyəti əcnəbilərlə gücləndirə bilib. Bu gün klubda Toni Adams, Mustafa Aztopal kimi yüksək məvacibli əməkdaşlar yoxdu. Amma “Qəbələ” yenə də var.

Maliyyə sıxıntılarının olması, əvvəlki kimi komandanın yağ-bal içində üzmədiyi çoxdan məlumdu. Amma bütün çətinliklərə baxmayaraq, “Qəbələ” 2 ay əvvəl ölkə kubokunu qazanmaqla tarix yazdı. Komanda daha əvvəl də tarix yazıb. 2 dəfə Avroliqanın qrupuna düşməklə, “Panatinaikos”, “Lill” kimi klubları mübarizədən kənarlaşdırmaqla, Dortmund “Borussiya”sını Bakıya gətirməklə. Bu gün isə “Qəbələ” ən yeni tarixi yazmalıdı.

Bu gün ən çox dəstəyə ehtiyacı olan avrokubok təmsilçimiz “Qəbələ”di. Komandanı onsuz da atanlar atıb, gedənlər gedib. “Qəbələ”nin azarkeş sarıdan bəxti heç vaxt gətirməyib. Komanda ən yaxşı vəziyyətində belə, ev oyunlarında tribunalar hər zaman dolmayıb. Amma bu gün Qəbələ şəhər stadionunda 4 il öncəki kimi anşlaq olmalıdı. Əziz qəbələlilər, siz komandanı tək qoymayın, inanın ki, sonda yenə də stadionu 4 il əvvəlki kimi şən əhval-ruhiyyədə tərk edəcəksiz. Qəbələ camaatının bu gün sevimli komandasını tək qoymağa haqqı yoxdu. Kim bilir, bir də Qəbələdə avrokubok oyunu nə vaxt olacaq...

Son vaxtlar Gürcüstanla Azərbaycan arasında Keşikçi dağ məsələsinə görə xoşagəlməz hallar yaşanır. Futbolda onsuz da son illər gürcülərlə klub səviyyəsində oyunlarımız demək olar ki insidentsiz keçmir. “Neftçi”nin “Çixura” ilə, “Qəbələ”nin 4 il əvvəl elə “Dinamo” ilə oyunlarında gürcülərin törətdikləri təxribatı azarkeşlər yaxşı xatırlayır. Bu gün hər şeyin ən yaxşı cavabı “Qəbələ”nin qələbəsidi. Və komanda bu qələbəni məhz azarkeşlərin möhtəşəm dəstəyi sayəsində qazanmalıdı. Uğurlar, “Qəbələ”! İrəli, ən yeni tarix üçün!

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30