26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Speranta"nı məşqçilər korpusu ilə analiz edirik, asan rəqib deyil"

"Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, ötən mövsümü və təlim-məşq toplanışını dəyərləndirən gənc futbolçu Avropa Liqasının oyunlarına ciddi hazırlaşdıqlarını bildirib.
 
- Ötən mövsüm sənin üçün çox uğurlu alındı. "Neftçi”nin əsas heyətində tez-tez yer aldın, əsas komandada ilk qolunu vurdun, həmçinin milli komandaya çağırıldın...
 
- Bəli, ötən mövsüm həqiqətən də mənim üçün uğurlu oldu. Əsas heyətdə oynamaq şansı verdilər və burada mövqeyimi möhkəmlətmək üçün çox çalışdım. İlk qolumu vurdum, əsas milli komandaya dəvət olundum. Bununla belə, təbii ki, bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm. Başa düşürəm ki, üzərimdə daha da çox işləyib, özümü sübut etməliyəm.
 
- Təlim-məşq toplanışı, demək olar, sona yaxınlaşır. Lazımi formanı yığa bilirsən?
 
- Bəli, optimal formamı yığmağa çalışıram. İnanıram ki, Avropa Liqasının ilk oyununadək tam hazır olacağıq. Toplanış maraqlı və səmərəli keçir. Məşqçilərin tapşırığını tam yerinə yetirməyə çalışırıq. Dünən "Politexnika İaşi” ilə oyunun hava şəraitinə görə yarımçıq qalmasına görə təəssüflənsək də, inanırıq ki, bu, hazırlığımıza mənfi təsir göstərməyəcək.
 
- İki həftədən sonra bizi Avropa Liqasında "Speranta” ilə oyun gözləyir...
 
- Ciddi hazırlaşırıq. "Speranta”nı məşqçilər korpusu ilə birlikdə analiz edirik. Bilirik ki, asan rəqib deyil, amma tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik.
 
- Ümumiyyətlə, yeni mövsümdən nə gözləyirsən?
 
- "Neftçi” həmişəki kimi yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Ötən mövsüm öz səhvlərimizdən çempionluğu son turlarda əldən verdik. Təbii ki, bunu təkrarlamamalıyıq. Hamımız bunu yaxşı anlayırıq. "Neftçi” ailəsinə, bizi dəstəkləyən hər kəsə inanıram. İlk turdan sonadək birinci yer uğrunda mübarizə aparacağıq. Çempionluq üçün meydanda əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30