Ölkə futbolu
"Bir dəfə bara getdik, Qurban Qurbanov dərhal xəbər tutdu"
Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, ölkəsinin "Visla" (Plotsk) klubuna keçən polşalı müdafiəçi Yakub Jezniçak Polşanın "weszlo.com" saytına geniş müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubundakı karyerasını xatırlayan 32 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.
- Bakıda başınız dinc idi?
- Hə, orada demək olar ki, qeybət portalları yoxdu. Əlbəttə, sarışın olduğum üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Yəqin ki, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra olanları siz də görmüsünüz. Azarkeşlər onlarla şəkil çəkdirməyim üçün çox israr etmişdilər. Təbii ki, hər şey qarşılıqlı hörmət əsasında olmuşdu. Məsələn, Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, market və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki tam sakitlikdi. Heç kim onları narahat etməyəcək.
- Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərsiniz və baş məşqçinin bundan xəbəri olmaz...
- Qurban Qurbanovun futbolçular üzərində ciddi nəzarəti var idi. Ona görə də bu barədə danışmasaq, yaxşıdı (gülür). "Qarabağ"da Mahir Mədətov adlı istedadlı futbolçu var. Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə təlim-məşq bazasında keçirib.
- Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?
- Bir dəfə ötən ilin yazında bara getmişdik. Dərhal xəbəri olmuşdu. Yadımdadı, oyundan sonra bizə demişdi ki, gecə hamı evində olmalıdı. Şoka düşmüşdüm. Hələ bu harasıdı ki? Bir dəfə gecəyarı komanda istirahətdə olanda "Votsap"dakı qrupa yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Hamımız gülüş işarəsi göndərdik. Bir qədər sonra isə hərə qrupa bir şəkil atdı: Gerye Haitidən, mən isə Varşavadan. Ancaq bu hadisə bircə dəfə oldu. Sonra biz böyük insanlar olduğumuzu və bu yanaşmanın bir az sərt olduğunu söylədik. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim.
- Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik. Mükafatlar necə verilirdi?
- Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Qurbanov düşünürdü ki, bunun sayəsində biz meydana daha istəkli çıxacağıq.
- Bəs Azərbaycanda fan-klublar necədi?
- Rəqabət demək olar ki, yoxdu. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib.
- Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Səhv etmirəmsə, ən uzaq səfəriniz Qəbələyə olurdu...
- Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Ötən mövsüm "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.
- Özünüzü 300-500 nəfərin gəldiyi oyunlara motivasiya etmək çətin olmurdu?
- Liqaya uyğunlaşmaq çox çətin oldu. Ancaq avrokuboklarda 50 min nəfərin qarşısında oynayırdıq. Qışdan sonra isə azarkeşlər oyuna gəlmirdi. Sanki tətildə olurduq (gülür).
- "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız...
- Ötən il də belə olmuşdu. Qış fasiləsindən sonra cəmi 2 oyunda meydana çıxmışdım. Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Onlar əsasən müdafiəçilər idi. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Aydın məsələdir ki, baş məşqçilər əsasən ön xətdə oyunu öz üzərinə götürə bilən futbolçulara üstünlük verirlər. "Qarabağ"dan ayırlmaq mənim üçün gözlənilməz olmadı. Çünki oynamırdım. Buna görə təəssüflənmirəm. Sona qədər gözlədim. Adətən mövsümün sonunda yeni müqavilə təklif edirdilər. Bu dəfə isə dedilər ki, başqa mərkəz müdafiəçisi gətirmək istəmirlər. Üç azərbaycanlı oyunçu ilə avrokuboklarda uğur qazanacaqlar. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib