26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Balayev: "Vaxtımız az idi"

"Tobol"un qolkiperi Emil Balayev ölkə çempionatının 15-ci turu çərçivəsində "Okjetpes"lə görüşdən sonra klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı kiper rəqib üzərindəki qələbəni şərh edib: "Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. "Kaysar"la görüşdən sonra bərpa prosesi keçmək üçün az vaxtımız var idi. Amma uşaqlara afərin, oyuna yaxşı hazırlaşıb yaxşı oyun göstərərək azarkeşlərimizi sevindirdik. Stadiondakı gözəl atmosferi də qeyd etmək istəyirəm. Hər şey əla idi. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizə dəstək olurlar".

"Sünii örtüklü meydandan təbii örtüklü meydana keçmək oyunumuza təsir etdimi? Təbii və sünii örtüklü meydan arasında hər zaman fərq var. Ona görə də biz bir neçə həftə bağlı stadionda hazırlıq keçdik. Oyunqabağı isə təbii örtüklü meydanda etdik. Məncə, artıq hər kəs adaptasiya dönəmini keçib. Oyunumuzdan da göründü ki, bizi narahat edən vəziyyət yoxdu. Külək və hava şəraiti futbolumuza mane olmadı" - deyə, Emil Balayev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30