26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Subaşiç: "Həm futbolçular, həm də məşqçilər günahkardı"

Milli komandamızın keçmiş hücumçusu Branimir Subaşiç yığma komandamızın Macarıstan və Slovakiyaya qarşı məğlubiyyətini şərh edib.

Futbolxeber.az saytına açıqlamaslnda bildirib ki, millinin ardıcıl iki oyunda, özü də evdə uduzması heç də yaxşı hal deyil: "Təbii ki, hər iki görüşdə yığmamızın uğurlu nəticə qazanmasını istəyərdim. Amma təəssüflər olsun ki, hər iki oyunda meydanı məğlub tərk etdi yığmamız. Halbuki məncə, bu oyunlardan xal götürmək mümkün idi. Rəqiblərimiz normal rəqiblər idi, elə də dəhşətli komandalar deyildi. Ardıcıl iki oyunu da evdə uduzmaq yaxşı hal deyil".

"Həm futbolçular, həm də məşqçilər günahkardı. Çünki baş məşqçi seleksiya aparır, hansı oyunçuları lazımdı onları çağırır. Yığmanı oyunlara hazırlayır, motivasiya edir. Oyunçular da meydanda baş məşqçinin dediklərini həyata keçirənlərdi. Amma Slovakiya ilə oyunda verilən tapşırıqları yerinə yetirilmədi. Hər halda komanda uduzursa, həm futbolçular, həm də məşqçi günahkardı. Yığmamız hazırkı vəziyyətdən çıxmalıdı. Qarşıda daha ağır oyunlar var. Necə olacağını bilmirəm. Ancaq çox istəyərdim ki, yığma komandamız uğurlu nəticələr qazansın" deyə, Subaşiç fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30