26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Nazarov: “Hər iki matçda qələbə qazanmaq istəyirik”

“Hər iki matçda qələbə qazanmaq istəyirik. Bakıda  istənilən rəqib üçün çətin olacaq. Bundan başqa, qrupumuzda Uels kimi rəqib var, amma bu səddi də aşmaq olar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar öncəsi deyib.

Almaniya mətbuatına danışan 29 yaşlı oyunçu klubu "Aue" haqda da danışıb: "İkinci Bundesliqada qalmaq uğrunda mübarizə apardıq. Növbəti mövsüm də yenidən eniş və yoxuşlar olacaq, ancaq narahat deyiləm.  Yeni mövsüm daha çətin olacaq. Çünki "Ştutqart" və "Hamburq" kimi komandalarla oynayacağıq".

Nazarov uzun mövsümdən sonra bir az dincəlməyə ehtiyacı olduğunu söyləyib: Ümid edirəm ki, baş məşqçimiz Daniel Meyer bunun üçün imkan yaradacaq".

Qeyd edək ki, Azərbaycan Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq,

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30