26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Dudek: "Bakıda “Liverpul” və “Çelsi” azarkeşlərini görmək xoş oldu"

“Dünən əyləncəli oyun keçdi. Əslində, təəccübləndim ki, bu qədər adam oyuna maraq göstərmişdi. Bir neçə “Liverpul” və “Çelsi” azarkeşini də gördüm və mənə xoş oldu. Həqiqətən də çox maraqlı oyun keçdi. Mən də bu kampaniyanın bir hissəsi olmaqdan məmnunluq hiss edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən ötən illərin məşhur qapıçısı Yeju Dudek AFFA-nın bugünkü Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqanın finalında “Çelsi”nin şanslarının yüksək olduğunu deyib: "Düşünürəm ki, Avroliqanın final oyunu hər bir ölkə üçün vacib hadisədir. Bu oyunun Azərbaycanda keçirilməsi ölkəniz üçün böyük bir naliyyətdir. “Çelsi”nin Avroliqada şansları çox yüksəkdir. Premyer Liqada da şansları var. Mənə elə gəlir ki, çempionat hələ indicə başlayıb. Dünən “Liverpul” da xal itirdi. Yəni, qalxmaq şansları çoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30