26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik"

Mövsümlərarası fasilədə dizindən əməliyyat keçirmiş "Sumqayıt" Futbol Klubunun kapitanı Samir Abasov zədəsini sağaldaraq məşqlərini davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komandanın çıxışı haqqında və zədəsindən danışan adıçəkilən futbolçu klubun rəsmi saytına danışıb: "Bildiyiniz kimi, bir müddət əvvəl Rusiyada dizimdən əməliyyat olundum. On günlük istirahətin ardından yüngül məşqlərə başladım. Artıq bir həftədir ki, komanda ilə birgə hazırlışıram. İndi özümü yaxşı hiss edirəm. Bərpa prosesini tamamlamaq üzrəyəm. İnşallah məşqçilər lazım bilsələr növbəti turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxa bilərəm. Düzdür, hələ tam hazır deyiləm, amma tez bir zamanda əvvəlki formamı bərpa edəcəyəm".

Abasov arxada qalan iki turu dəyərləndirməklə yanaşı gələcək üçün nikbin danışıb: "Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik. Komanda tam heyətlə hazırlaşa bilmədi. Hətta Gürcüstandakı təlim-məşq toplanışına da tam heyətlə getmədik. Amma buna baxmayaraq, komanda mövsümün ilk turunda "Xəzər Lənkəran"la oyunda yaxşı təsir bağışladı. Həmin görüşdə qələbə qazanmağa yaxın olsaq da, təcrübəsizliyin qurbanı olduq. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti cavanlardır. Onlara bir qədər vaxt lazımdır. "Qarabağ"la görüşdə isə çox pis oynadıq nəticədə məğlub olduq. Düşünürəm ki, zədəli futbolçular sıraya döndükdən sonra və cavanlar bir-iki tur bir yerdə oynadıqdan sonra vəziyyət yaxşılaşacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30