26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Zirə"nin futbolçusu iki oyunluq cəzalandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib:
 
Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında  “Zirə” və “Sabah” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 800 manat cərimə olunur.
 
Oyunun 25-ci dəqiqəsində  “Sabah”  klubunun 19 №-li futbolçusu  Məqsəd İsayev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 
Oyunun  62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
 
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur.
 
Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” - “Sumqayıt” matçında hakimlər otağında lazımi inventarlar olmadığına görə klub 1600 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30