26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" sonuncu oyununu sabah keçirəcək

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olacaq.
 
Futbolxeber.az-ın klubun saytına verdiyi məlumata görə, Budapeşt təmsilçisi ilə görüş “Titanik” otelinin meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.
 
Əsası 1888-ci ildə qoyulan Budapeşt təmsilçisi 131 illik zəngin tarixə malikdir. 23 dəfə Macarıstan çempionu olan MTK 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. 1964-cü ildə isə budapeştlilər UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsüm aşağı liqada çempion olan MTK cari çempionatda yenidən yüksək dəstədə mübarizə aparır. 18 oyunda 27 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
 
"Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30