26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elşad Əhmədov: “Külək olmasaydı, daha baxımlı futbol izləyərdik”

“Tobol” Qazaxıstanın 3-4 ən güclü komandasından biridir. Bu klub oturuşmuş heyətə, səviyyəli legionerlərə, milli üzvü olan futbolçulara malikdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyə toplanışı çərçivəsində Qazaxıstanın “Tobol” klubu ilə yoxlama oyunundan (2:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Hava şəraitinin baxımlı oyun göstərməyə mane olduğunu bildirən çalışdırıcı komandasından razı qaldığını bildirib:

“Birinci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq. Düzdü, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu.

İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı. Bu oyunda futbolçularım verilmiş tapşırığın 75-80 faizini yerinə yetirdilər.

Bu, yoxlama oyunudur. Belə matçlarda dəyişikliklər mütləqdir. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da, başadüşüləndir. Biz bura təlim-məşq toplanışına gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya şans verəcəyik ki, hamı özünü göstərmək imkanı əldə etsin”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30