26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rüfət Dadaşov: "Kosovo ilə oyun çox ciddi duel olacaq"

"Bizi Kosovo ilə ağır oyun gözləyir. Bu, çox ciddi duel olacaq. Rəqibimiz çox güclü kollektivdir, çox sayda yaxşı oyunçuları var. Həmçinin Almaniyanın "Şalke" klubunun sabiq futbolçusu Donis Avdiyay da orada çıxış edir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. 27 yaşlı hücumçu millinin V turda Farer adalarını evdə 2:0 hesabı ilə məğlub etdiyi görüşün 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub.

O, bunu baş məşqçi tərəfindən təhlükəsizlik tədbiri kimi xarakterizə edib: "Mən oyunun ilk dəqiqələrində sarı vərəqə almışdım. Düşünürəm ki, baş məşqçimiz Kosovo ilə matçdakı çıxışımı təhlükə altında qoymaq istəmədi. Çünki məhz sonuncu oyunda uğurlu nəticə əldə etməyimiz vacibdir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30