26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Mirabdulla: "Həyəcanlı deyildim"

“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yığmamızın üzvü Mirabdulla Abbasov Millətlər Liqasının qrup mərhələsinin V turunda evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Millidə debüt edən hücumçu Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb: "Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”. 
 
- Bizim bacarmadığımız Maltaya bu gün Kosovo 5 qol vurdu. Son turda işimiz necə olacaq?
 
- Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədir ki, rəqibi məğlub edəcək. 
 
- Debüt oyununu necə dəyərləndirirsən?
 
- Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.
 
- Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?
 
- Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.
 
- Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?
 
- Məşqçilərin fikridir. Baş məşqçilərin qərarına hörmətlə yanaşıram. Start heyətdə olsam və oyuna sonradan qoşulsam, əlimdən gələni edəcəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30