26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Premyer Liqanın ilk turuna baxış: "Qarabağ"dan çempionluq mesajı

Cümə günü Premyer Liqada 2013/14 mövsümünə start verildi. Futbolxeber.az saytı bu həftədən etibarən hər dəfə tur yekunlaşdıqdan sonra oyunların qısa icmalını təqdim edəcək. Həmçinin həftənin ən yaxşı oyunçusu və baş məşqçisini seçib, eləcə də digər maraqlı məqamları fərqləndirəcəyik.

"BAKI" - "QƏBƏLƏ"

Turun açılış oyununu daha çox maraqlı edən məqam Pantiç və Syominin dueli idi. Hər iki mütəxəssis yeni postlarında rəsmi debüt edirdilər. Eləcə də hər iki komandanın heyətində bir neçə yeni futbolçu meydana çıxmışdı.

Görüşə fəal başlayan tərəf meydan sahibləri oldu. Çox keçmədən Kalonas mövsümün ilk qolunu vurdu. Ümumiyyətlə, ilk yarıda üstün olan tərəf "Bakı" idi. Komandanın oyununda yaxşıya doğru dəyişiklik olduğu görünürdü. "Qəbələ" isə əksinə, ilk yarıda çox zəif təsir bağışladı. Komanda düşünülmüş hücum qurmaqda çətinlik çəkirdi. Eləcə də komandanın müdafiə xətti xoş təsir bağışlamırdı. Xüsusən də Kalabanenin oyunu bərbad idi. Lakin ikinci 45 dəqiqədə oyunun ssenarisi tam dəyişdi. Viktor Mendini meydana buraxan Yuri Syomin oyunda dönüş yarada bildi. Mendinin vurduğu 2 qol "Qəbələ"yə qələbə qazandırdı. Bununla da Syomin və komandası artıq ilk matçda iddiasını ortaya qoya bildi. "Bakı"nın oyunu haqda da müsbət fikirlər söyləmək olar. Lakin hiss olunur ki, komandanın heyətinə bir qədər də əl gəzdirilməlidir.

"SİMURQ" - "RƏVAN"

Ötən mövsümün sürpriz komandası olan "Simurq" yeni mövsümə də qələbə ilə başladı. Rəqibinə nisbətən üstün tərəf olan Zaqatala təmsilçisi vurduğu 2 qolla layiqli qələbə qazandı. "Simurq" aktivinə 3 xal yazsa da, hələlik hazırki heyətin ötənmövsümkü komandadan daha güclü olduğunu söyləmək çətindir. "Rəvan" haqda da müsbət fikirlər səsləndirmək çətindir. Baş məşqçi və komanda üzvləri "ilk beşlik" uğrunda mübarizə aparacağıq" desələr də, ilk oyun bunun yalnız quru iddia olduğunu göstərdi.

"NEFTÇİ" - AZAL

"Skenderbeu" faciəsi"ndən sonra özünə gəlməyə çalışan "Neftçi" mövsümə böyükhesablı qələbə ilə başladı. Komanda 90 dəqiqə boyunca rəqibindən üstün oyun sərigləyərək, layiqli qələbə qazandı. Xüsusən də Bahadır Nasimovun oyununu qeyd etmək olar. Kanalesin gedişindən sonra özbək forvard yavaş-yavaş özünə gəlir. AZAL isə bu heyətlə cari mövsümdə nəinki medallar, heç "ilk beşlik" uğrunda da mübarizə apara bilməz.

"SUMQAYIT" - "XƏZƏR LƏNKƏRAN"

Sumqayıtdakı matç "Xəzər Lənkəran"ın hələ də toparlana bilməməsini göstərdi. Komanda az qala çempionata da yenilgi ilə başlayacaqdı. Yalnız Nildonun qolu komandanı növbəti faciədən xilas etdi. Toşak tezliklə komandanı toparlaya bilməsə, çətin ki lənkəranlı azarkeşlər yubiley ilində çempionluq sevinci yaşasınlar.    

"İNTER" - "QARABAĞ"

Turun son matçında iki iddialı kollektiv üz-üzə gəldi. Matça erkən qolla başlayan "bankirlər" tezliklə Vaqif Cavadovun qolu ilə önə keçsələr də, hissənin sonuna yaxın cavab qolu vuran Ağdam klubu ikinci yarıda da qələbə qolunu vura bildi. Beləcə, "Qarabağ" çətinlik çəkmədən əsas rəqiblərindən birini məğlub etdi. Bu qələbəni "Qarabağ"ın digər rəqiblərə mesajı kimi də qiymətləndirmək olar. Çünki son illər ehtiyat oyunçuların azlığından əziyyət çəkən ağdamlılar cari mövsümdə eyni sıxıntını yaşamır. Ehtiyat oyunçular skamyasının genişliyi Qurban Qurbanovun komandasının işini asanlaşdırır. Tam əminliklə söyləmək olar ki, bugünkü gündə "Qarabağ" çempionluğun 1 nömrəli favoritidir.

TURUN OYUNÇUSU: Viktor Mendi ("Qəbələ")

TURUN MƏŞQÇİSİ: Yuri Syomin ("Qəbələ")

TURUN UĞURSUZU: Riçard Almeyda ("Qarabağ")

TURUN AZARKEŞLƏRİ: "Sumqayıt"ın azarkeşləri




Ad: "QARABAG FK";   E-mail: ---

06.08.2013 01:28

Ehhh Rici Rici Rici!!!Qurban Qurbanov bele meydana girib hakime eseblesdi..Insallah Gefleni kecerik bezilerine kapak olar!!Efranda Borussiya ile oyundan once zedelenmiwdi,
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30