26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elxan Məmmədov: “Birinci yer bizim üçün çox vacibdir”

“Bugünkü qələbə komandanı yenidən oyuna, ilk pillə üçün mübarizəyə qaytardı. Bu, çox vacib idi. Əsas odur ki, 1:0 öndə olarkən komanda müdafiə olunmaq əvəzinə irəli getdi və daha 2 qol vurduq. Bu da vacib məqam idi. Ümid edirəm ki, növbəti matçda da millimiz gözəl oyunla qələbə qazanacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının III tur matçında Farer adaları - Azərbaycan matçından (0:3) sonra  keçirilən brifində deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Yığma komandanın Millətlər Liqasında mükafatı necə müəyyənləşib? Hər oyun üçün ayrıca məbləğ təyin olunub, yoxsa qrupdan çıxmaq üçün ümumi mükafat nəzərdə tutulub?

- Təbii ki, biz baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdir, məqsədimiz bu yeri əldə etməkdir. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir. Komandamız da Millətlər Liqasını fürsət kimi görür və ilk növbədə birinci yeri tutmaq istəyir.

- Hava durumu ilə əlaqədar olaraq oyunun təxirə düşmə ehtimalı rəsmilər arasında müzakirə olundumu?

- Biz də izləyirdik və UEFA nümayəndəsi ilə əlaqə saxlayırdıq. Oyuna 2 saat, 1 saat və 45 dəqiqə qalmış hakimlərlə əlaqə saxladıq, özümüz də stadionda gördük ki, hava açılır və matçın oynanmasına qərar verildi (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30