26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurban Qurbanov: "Böyümək üçün belə məğlubiyyətlər lazım olur"

"Qarabağ" Avropa Liqasının II turunda öz İngiltərənin “Arsenal” klubuna 0-3 hesabı ilə məğlub olub. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:
 
- Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu.
 
- “Qarabağ” ilk dəfə idi belə pressinq edirdi. Bu, əvvəldən verilmiş tapşırıq idi, yoxsa oyunun gedişində belə qərar verdiniz?
 
- Düşünülmüş idi. Açığı deyim ki, Emeri son vaxtlar 3 mərkəz müdafiəçisi ilə oynamırdı. Fərqli hazırlaşmışdıq. Ancaq rəqibin sistemini görəndə, bizim üçün təəccüblü oldu. Son anda rəqibin oyununu analiz etdik. Düşünürəm ki, futbolçularım hər şeyi düzgün etdilər. Azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30