26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qəbələ"nin kapitanı: "Bir səhv bizə baha başa gəldi"

"Komanda olaraq yaxşı çıxış etdik. Oyuna nəzarət bizim əlimizdə idi".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əli Sadıxov UEFA Gənclər Liqasının I mərhələsində "Şerif"lə 1:1 etdikləri oyun barədə danışarkən deyib.
 
19 yaşlı yarımmüdafiəçi buraxdıqları qoldan da söz açıb: "Bir səhv bizə baha başa gəldi. İnanıram ki, cavab qarşılaşmasında qələbə qazanacağıq".
 
Oyunun 57-ci dəqiqəsində penaltidən hesabı bərabərləşdirən oyunçu vurduğu qol barədə də fikirlərini bölüşüb:
 
"Həmin an həyəcanlı deyildim. Tam rahatlıqla penaltini dəqiq yerinə yetirdim. Komanda cavab matçında qələbə üçün çalışacaq. Bundan başqa, heç nə fikirləşmək istəmirik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30