26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Neftçi"nin rəqibi problemlər içində

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə  ilk oyunu üçün Bakıya gələn "Uypeşt" klubu ciddi problemlə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib. Bunlar malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobododu. Hər iki oyunçu bu gün səhər saatlarında Macarıstana göndərilib. Belə olan halda “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. 
 
“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı  çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limnlarına eniş edib. Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın "Dalğa Arena"da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı ləğv olunub. 
 
Bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı  saat 21:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30